AZAL yay uçuş cədvəli çərçivəsində Moskvanın "Vnukovo" hava limanına yerinə yetirilən uçuşlara aviabiletlərin satışına başlayıb.
Yay cədvəli çərçivəsində Vnukovo aeroportuna uçuşlar 27 mart 2022-ci il tarixindən etibarən həyata keçiriləcək.
Uçuşlar hər gün həyata keçiriləcək. Bakı hava limanından uçuş yerli vaxtla saat 16.30-da baş tutacaq.
Həmçinin, AZAL Moskvanın "Domodedovo" aeroportuna da gündəlik reyslər həyata keçirir.
Aviabiletləri aviaşirkətin bütün akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.